Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırıldı

Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

NİİM-dən bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm