Türkiyə ilə Ermənistanın gizlin əlaqələri ortaya çıxdı – FOTOFAKTLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyə ilə Ermənistanın gizlin əlaqələri ortaya çıxdı – FOTOFAKTLAR

Hazırda Türkiyənin İstanbul şəhərindən Ermənistana birbaşa və dolayı hava uçuşları həyata keçirilir.

Publika.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, hazırda Türkiyənin “Turkish Airlines”, “Atlas Jet”, Birləşmiş Ərəb Əmirliyinin “Emirates”, Ukraynanın “Ukraine İnternational”, Yunanıstanın “Aegean Airlines”, Polşanın “LOT Polish Airlines”, Rusiyanın “Aeroflot”, “S7 Airlines”, Qətərin “Qatar Airways” və digər hava yolları şirkətləri qardaş ölkədən Ermənistana birbaşa və dolayı reyslərlə hava uçuşları həyata keçirir.

Bundan əlavə, hazırda yuxarıda adları qeyd olunan hava yolları şirkətləri İstanbuldan İrəvana “online” satış həyata keçirirlər. Misal üçün, İstanbuldan İrəvana ən yaxın vaxtda uçuş reysi 2016-cı il aprelin 1-də saat 21:40-da Türkiyənin “Turkish Airlines” hava yolları şirkəti yerinə yetirəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm