Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Aprelin 2-i səhər saatlarından Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək tətbiq olunacaq.

Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm