Sabahdan hava pisləşir: yağış, sulu qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabahdan hava pisləşir: yağış, sulu qar yağacaq

Aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, paytaxt və yarımadada gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Arabir əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycan rayonlarının bəzi yerlərində duman, çiskinli olacağı, səhər və gündüz isə şimal və qərb rayonlarından başlayaraq, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm