Taksi sürücüləri üçün yeni QAYDALAR - VİDEO
Bizi izləyin

Qırmızı.az

Taksi sürücüləri üçün yeni QAYDALAR - VİDEO

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları"nda dəyişiklər edib.

Yeni qaydalara əsasən artıq yaşı 21-dən az olan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Həmçinin taksi sürücülərinin minimum iki illik sürücülük təcrübəsi də olmalıdır. Amma dəyişiklər bununla da bitmir.

Həmçinin taksi sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçəcəklər.

Yeni qaydalara əsasən, həmçinin Bakıda sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri "Fərqlənmə nişanı"nı artıq Nəqliyyat Nazirliyindən yox Bakı Nəqliyyat Agentliyindən alacaqlar.

Bu arada Nazirlər Kabineti ``Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası"nı da təsdiq edib. Yeni qaydalara əsasən, nəqliyyat vasitələrində və avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilməyəcək. qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. çünki belə reklamlar sürücülərin diqqətitninin yayınmasına səbəb olur və qəza riskini artırır. (xezerxeber.com)


Oxumağa davam et
Reklam
Reklam

Gündəm