Təhsil naziri yaralı məktəbliyə baş çəkdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri yaralı məktəbliyə baş çəkdi - FOTO

Təhsil naziri Mikayıl Cabbaraov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib.

Publika.az xəbər verir ki, nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib. O, qəbuldan öncə məktəblilərə baş çəkib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm