Müdafiə Nazirliyi şayiələrə son qoydu - Qana ehtiyac yoxdur
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi şayiələrə son qoydu - Qana ehtiyac yoxdur

Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.

Bu barədə məlumat verən hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.

"Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur", - deyə K.Quliyev vurğulayıb.

Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur.

***

"Silahlı Qüvvələrdə qana ehtiyacı yoxdur. Ehtiyac olsa, Silahlı Qüvvələr və Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yayacaq".

Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

“Bu cür məlumatları kimin yayması barədə məlumatımız yoxdur. Lakin insanlar bilməlidir ki, əgər qana ehtiyac olarsa, bununla bağlı təşəbbüs Müdafiə Nazirliyindən olmalıdır. Bu gün Müdafiə Nazirliyinin yetərincə dərman və qan ehtiyatı var”, deyə, V.Dərgahlı bildirib.

Qeyd edək ki, mətbuatda paytaxt sakinlərinin kütləvi şəkildə Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) yerləşən hərbi hospitala axın edərək könüllü şəkildə qan vermələri barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, sosial şəbəkə iştirakçılarından biri "Facebook"da elan yazaraq yaralanmış əsgərə mənfi resuslu qan lazım olduğunu bildirib. Bundan sonra hospitala kütləvi axın başlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm