Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub.

Bu barədə məlumat “AzPolitika.info”-ya ADP-dən daxil olub.

***

“Qardaşımın oğlu aprelin 3-dən 4-ə keçən gecə şəhid olub”.

Bunu Publika.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, bildirib ki, şəhid olmuş Rasim Məmmədov mayor imiş: “O, mayor rütbəsində tank qoşunlarında xidmət edirdi. Qırx yaşı vardı. Hazırda şəhidimizin cənazəsinin gətirilməsini gözləyirik. Cənazəni Beyləqandan çıxarıblar. Aparıb Babək şəhərində dəfn edəcəyik”.

Şəhidimizin atası birinci qrup Qarabağ əlilidir: “Əbdül Məmmədov da müharibə iştirakçısıdır. 1992-1993-cü illərdə Naxçıvanda döyüşüb. Onurğa sütunu zədələndiyindən iflic olub”.

Anar Tağıyev

Partiya sədrinin qardaşı oğlu Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. O, milli orduda zabit kimi xidmət edirdi.

Xatırladaq ki, R.Məmmədovun atası Əbdül Məmmədov birinci Qarabağ müharibəsinin qazilərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm