Rayon avtomobillərin paytaxta giriş saatı dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Rayon avtomobillərin paytaxta giriş saatı dəyişdirildi

Respublikada yay-qış vaxtına keçidin ləğvi ilə əlaqədar rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatlarında da dəyişiklik olub.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyev bildirib ki, Bakı qeydiyyatında olmayan avtomobillər yay qrafikində 07:30-dan 21:00-a, qış qrafikində 07:30-dan 20:00-dək paytaxta daxil ola biləcəklər. (modern.az)

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il iyulun 23-dəki “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən, rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm