Nazirlik cəbhə bölgəsinə həkim briqadaları göndərdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik cəbhə bölgəsinə həkim briqadaları göndərdi

Səhiyyə Naziri Oqtay Şirəliyevin əmri ilə cəbhə bölgəsində olan rayonlara səyyar həkim briqadaları göndərilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, aprelin 2-dən başlayaraq cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar rayon xəstəxanaları lazımı avadanlıqlarla təmin edilib.

Bu gün isə nazirin əmrinə əsasən, paytaxtdan bir sıra sahələr üzrə mütəxəssislər, həmçinin dərman göndərilib. Lazım olanda qan ehtiyatı da göndərilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm