• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

7 ölkənin sabiq prezidentindən Azərbaycana dəstək

7 ölkənin sabiq prezidentindən Azərbaycana dəstək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın Prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Peter Stoyanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, 2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti Stepan Mesiç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, 1996-2000-ci illərdə Rumıniyanın Prezidenti Emil Konstantinesku, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti Viktor Yuşenko, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 1997-2002-ci illərdə Albaniyanın Prezidenti Recep Meydani Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıblar.

Başsağlığında deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik nəticəsində Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həyatlarını itirməsi ilə əlaqədar bizim dərin kədərimizi və başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

Biz beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildən davam edən atəşkəsin pozulması ilə bağlı dərin üzüntümüzü və sarsıntımızı bildiririk və Azərbaycanı bütün mümkün tədbirləri görməklə hərbi gərginliyi aradan qaldırmağa çağırırıq. Hazırkı vəziyyət bütün regionun stabilliyinə təhlükə yaradır və arzuolunmaz üçüncü tərəfin münaqişəyə qarışması problemin davamlı təhlükəliliyini saxlayır.

Biz ATƏT və Minsk qrupunun üzvləri ilə bütün diplomatik vasitələrdən istifadə etməklə təcili olaraq atəşkəsə əməl etməyə və beynəlxalq səviyyədə hər bir vasitədən istifadə olunmaqla, Azərbaycanın ərazi bütövlüyünə yönələn gələcək hücumların qarşısının alınmasına çağırırıq.

Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vasitə olaraq qalır. Beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən, təhlükəli gərginlik yaratmaq üçün bəhanə kimi istifadə edilə bilən təxribatlara cavab verməməyinizi xahiş edirik.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramlarımızı qəbul edəsiniz".

Anar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR