QMİ-dən şəhidlərlə bağlı məscidlərə tapşırıq
Bizi izləyin

Qırmızı.az

QMİ-dən şəhidlərlə bağlı məscidlərə tapşırıq

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə din xadimləri ilə iclas keçirilib.

Publika.az xəbər verir ki, QMİ sədri son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhları üçün Allahdan rəhmət diləyib.

Şeyxülislam A.Paşazadə xalqımızın bu mənəvi əhəmiyyət kəsb edən hadisədən qürur və şərəf duymalı olduğunu xüsusi vurğulayıb, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırıb.

Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə paytaxtda və bölgələrdəki məscidlərə, bilavasitə qazılara, axundlara qəhrəman şəhid övladlarımızın şəninə uyğun şəkildə şəri məqamların yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin həll olunması, şəhidlərin ailələri ilə bərabər əzadarlıq və dəfn mərasimlərində iştirak etmələri tapşırılıb. İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər.

“Xüsusən, Vətən övladlarının qəhrəmanlığı və doğma torpaq uğrunda, haqq işimiz yolunda canlarından keçməyə hər zaman hazır olan gənclərimizin Uca Allah və dövlət qarşısında insani və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirmələrinin şərəfi, dinimizin şəhidlərə verdiyi dəyər barədə moizələrin edilməsi barədə tövsiyələr verilib. Din xadimlərinə hərgünkü moizələrində, ələlxüsus, cümə günü oxunacaq xütbələrdə bu məqamların öz yerini alması tapşırığı verilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm