• USD 1,7000 0,00% EUR 2,0024 0,00%
    • GBP 2,2562 0,00% RUB 0,0256 0,00%

Erməni təbliğatı Qabrelyanovlar sülaləsini köməyə çağırır

Erməni təbliğatı Qabrelyanovlar sülaləsini köməyə çağırır

Cəbhədəki sarsıdıcı məğlubiyyətlərdən və “müzəffər Artsax ordusu” haqqında əfsanənin rüsvayçı iflasından sonra erməni təbliğatı təlaş içində “ağır artilleriyanı” köməyə çağırır. Bu “quşu gözündən vuran silahlara sahib olan” şəxslər Moskvada məskən salmış erməni media maqnatı Aram Aşotoviç Qabrelyanov və onun oğlu Aşotdur.

Erməni xislətlərini üzə çıxaran Qabrelyanovlar özlərinə məxsus “NewsMedia” holdinqinə daxil olan digər KİV-lərlə bərabər, “LifeNews” saytı ilə rəşadətli Azərbaycan Hərbi Hava qüvvələrinin işğal olunmuş Qarabağ zonasında keçirdiyi işğaldan azadetmə əməliyyatını... İŞİD-lə bağlamağa cəhd göstəriblər. Guya Azərbaycanın müttəfiqi İŞİD-dir. Qabrelyanovlar bunu ənənəvi erməni üslubunda ediblər – qeyri-müəyyən “hərbi mənbələr”ə istinadla http://lifenews.ru/mobile/news/194789).

AZƏRTAC qətiyyətlə bildirir ki, Qabrelyanovlara məxsus media holdinqin məlum informasiyası onların xəstə təxəyyülünün məhsuludur və böyük ehtimalla İrəvandan verilmiş sifarişlə dövriyyəyə buraxılıb. Azərbaycan ordusu heç kimin, üstəlik terrorçuların köməyinə möhtac deyil. Ölkənin hərbi komissarlıqlarında iynə atmağa yer, cəbhəyə könüllü getmək üçün gələnlərin sayı-hesabı yoxdur – hamı döyüşə can atır. Terrorist keçmişə isə Azərbaycan tərəfi yox, Qabrelyanovların tarixi vətəni malikdir. Məhz Ermənistanda Monte Melkonyan, Soqomon Taleyryan, Qurgen Yanikyan, Varujan Qaraberdyan tipli beynəlxalq terrorçular, habelə Qaregin Njde və Drastamat Dro kimi faşist generalları milli qəhrəman zirvəsinə ucaldılıblar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>