• USD 1,7000 0,00% EUR 1,9960 -0,04%
    • GBP 2,2275 +0,18% RUB 0,0258 +0,78%

Daha bir beynəlxalq təşkilat Ermənistanı qınadı

Daha bir beynəlxalq təşkilat Ermənistanı qınadı

Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatları ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) idarə heyətinin növbədənkənar iclası keçirilib.

Gorumdan AZƏRTAC-a bildiriblər ki, iclasda İƏT-ə üzv ölkə olan Azərbaycanda baş verən hadisələr müzakirə olunub və idarə heyətinin bəyanatı qəbul edilib.

Bəyanatda deyilir: “İƏT GF aprelin 2-3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı təxribat xarakterli təcavüzkar hərəkətlərini, Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmasını şiddətlə qınayır, bunu regionda sülhün pozulması və gərginliyin artmasına yönəlmiş akt kimi qiymətləndirir.

Eyni zamanda, Azərbaycan Respublikasının öz ərazilərini və əhalisinin təhlükəsizliyini qorumağa yönəlmiş cavab aksiyaları təqdirəlayiq qiymətləndirilib. Forum əvvəllər erməni qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan mövqelərinə qarşı plasdarm kimi istifadə olunan strateji məntəqələri azad etməsi istiqamətindəki addımlarını alqışlayır, Azərbaycan Respublikası Prezidentinin ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi fəaliyyət və mövqeyini tam dəstəkləyir, işğal olunmuş ərazilərini azad etmək uğrunda atacağı addımları Azərbaycan Respublikasının təbii haqqı hesab edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə tərəfdar olduğu barədə dəfələrlə bəyan etdiyi mövqeyini nəzərə alaraq, beynəlxalq təşkilatları bu mövqeyi dəstəkləməyə, əvvəllər qəbul olunmuş beynəlxalq qətnamələrin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmağa, prosesi uzadaraq hərbi müstəviyə keçirməyə can atan Ermənistana təzyiqləri artırmağa çağırır.

İƏT Gənclər Forumu bu günlərdə Azərbaycan Respublikası ilə həmrəylik nümayiş etdirərək ona dəstək verən Pakistan, Türkiyə və İƏT-ə üzv olan digər ölkələrə də mövqelərinə görə təşəkkür edir”.

Bəyanatda, həmçinin qeyd edilir ki, bu yaxınlarda işinə başlayacaq İslam Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsindəki tədbirlərdə də bu məsələ müzakirəyə çıxarılacaq. İƏT-ə üzv digər ölkələrin nümayəndələri tərəfindən də müvafiq mövqe nümayiş etdirilməsi istiqamətində addımlar atacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>