Qırmızı.az
Gülər Əhmədova azadlığa buraxılır? - Vəkilin açıqlaması
“Ali Məhkəmədə kassasiya şikayəti təmin edildi və apelyasiya baxışına göndərildi. Apellyasiya məhkəməsində proses qismən istintaqla aparılacaq. Əlavə ekspertlər və şahidlərin ifadələrinə yenidən baxılacaq”.
Bu barədə sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Publika.Az -a açıqlamasında deyib. Vəkil bildirib ki, nəticənin necə olacağı məhkəmədən asılıdır: “Gülər xanımın əməllərində cinayət tərkibi yoxdur. Biz buna əminik və bunun sübuta yetməsinə çalışırıq. Onun azadlığa buraxılması, yaxud cəzasının yüngülləşdirilməsi apelyasiya prosesindən asılı olacaq”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. 2013-cü il fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il
müddətinə azadlıqdan məhrum edilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə
etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci
(qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə
təqsirləndirilir.
Asif
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü