“France 24” təmas xəttindəki gərgin vəziyyətlə bağlı reportaj yayımlayıb
Bizi izləyin

Qırmızı.az

“France 24” təmas xəttindəki gərgin vəziyyətlə bağlı reportaj yayımlayıb

«France 24» televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün şərhi ilə başlayan reportajda Azərbaycan Müdafiə Nazirliyi tərəfindən birtərəfli qaydada cavab tədbirlərinin dayandırılmasına dair qərar qəbul edildiyi, Dağlıq Qarabağ regionunun Azərbaycanın ərazisi olduğu və 1994-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın bütün beynəlxalq normaları pozması barədə sözləri səsləndirilib. Azərbaycan Prezidenti bildirir ki, biz münaqişənin nizama salınması ilə bağlı prinsipal mövqeyimizdən əl çəkməyəcəyik. Bununla belə, biz danışıqlara tərəfdarıq və bundan sonra da çalışacağıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Eyni zamanda, biz ordumuzun qüdrətini artıracağıq. Erməni hərbiçiləri ölmək istəmirlərsə, bizim torpaqlardan çıxıb getsinlər.

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda iki etnos Azərbaycan və erməni etnoslarının olduğunu və sonuncunun sayca üstünlük təşkil etdiyi qeyd olunur.

Reportajda ərazilərimizin işğalından söz açan səfir Elçin Əmirbəyov işğal olunmuş ərazilərdə ölkəmizə qarşı etnik təmizləmə, xalqımıza qarşı soyqırımı siyasəti aparan ermənilərin işğal altında olan Azərbaycan ərazilərindəki milli -mədəni irsimizin nümunələrini darmadağın etdiklərini, süni demoqrafik dəyişikliklər yaratdıqlarını və toponimlərimizin adını dəyişdiklərini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm