Baba Rzayevdən erməni təxribatı ilə bağlı AÇIQLAMA - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Baba Rzayevdən erməni təxribatı ilə bağlı AÇIQLAMA - ÖZƏL

“Təqribən 1-1,5 saata qədər Ağdamın kəndlərində elektrik enerjisi bərpa olunacaq”.

Bu barədə Publika.az-a açıqlamasında "Azərişıq" ASC-nin sədri Baba Rzayev məlumat verib.

ASC sədri deyib ki, hazırda işıqsız qalan kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində intensiv işlər həyata keçirilir: “Hər bir azərbaycanlının arzusu olduğu kimi, mənim də əsas arzum odur ki, tezliklə düşməni torpaqlarımızdan qovub çıxaraq”.

Xatırladaq ki, Erməni silahlı birləşmələri ağır artilleriya silahlarından istifadə edərək Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasnı vurub. Baş verən partlayış 11 kəndi işıqsız qoyub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm