Daha bir yolda təmir başladı - FOTO
Bizi izləyin

Qırmızı.az

Daha bir yolda təmir başladı - FOTO

Ramana-Maştağa avtomobil yolunun tikintisinə başlanılıb.

Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Publika.az-a məlumat verilib.

Məlumatda bildirilib ki, uzun müddətdir asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9,1 km-dir. Hazırda yolun hərəkət hissəsinin eni 6 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, kənara daşınır. Əvəzində 11 m enində yeni yol əsası tikilir.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yolunun 85 min m2 sahəsinə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Ramana-Maştağa avtomobil yolunun kənarlarına 20 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılır. Bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülür. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.

Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisindən sonra 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm