Dəmir Yollarında nəzarət gücləndirildi
Bizi izləyin

Qırmızı.az

Dəmir Yollarında nəzarət gücləndirildi

“Azərbaycan Dəmir Yolları”QSC-də təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Publika.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarlar hərəkətdə olanda və stansiyalarda onların hərəkətinə güclü nəzarət olunur:

“Hazırda körpülərdə, stansiyalarda mühafizə gücləndirilib. Bakı-Sumqayıt qatarlarına daxili nəzarəti Nəqliyyatda Baş Polis İdarəsi həyata keçirir. Bundan başqa, yol boyu mühafizə dəstələri var. Onlar da müəyyən yerlərdə postlar qurularaq qatarların hərəkətini müşahidə edirlər”.

N.Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt qatarlarının daxili və xarici müşahidə kameraları var.

“Bununla yanaşı təhlükəli əşya, şəxs görüldükdə də dərhal tədbir görülür. Gün ərzində dəfələrlə sərnişinlərə təhlükəli şəxs və ya əşya barədə təhlükəsizlik xidmətinə məlumat vermələri barədə müraciət olunur. Sərnişinlər qatarlara şəxsiyyət vəsiqəsi olmadan buraxılmır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm