Ermənilər Tərtərdə 16 yaşlı qızı öldürdülər
Bizi izləyin

Qırmızı.az

Ermənilər Tərtərdə 16 yaşlı qızı öldürdülər

Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Tərtər rayon prokurorluğu və polis şöbəsindən Publika.az-a verilən məlumata görə, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində həlak olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm