Ukrayna millətçilərindən Azərbaycan dilində dəstək: KÖMƏYƏ HAZIRIQ! - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ukrayna millətçilərindən Azərbaycan dilində dəstək: KÖMƏYƏ HAZIRIQ! - FOTOLAR

“Ukrayna Milli Assambleyası Azərbaycanın ərazi bütövlüyünü və onun bərpası üzrə Azərbaycan ordusunun hərəkətlərini dəstəkləyir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Assambleyasının (UNA-UNSO) lideri Konstantin Vinnitsa bildirib.

“Azərbaycana təşəkkür etmək istəyirik ki, o öz hərəkətləri ilə sülhün təcavüzkar üzərində qələbədən sonra mümkün ola biləcəyini göstərdi”, - o, deyib.

Konstantin Vinnitsa Ermənistanı Rusiyanın vassalı adlandırıb. UNA-UNSO lideri bildirib ki, BMT-nin Baş Assambleyasında “Ukraynanın ərazi bütövlüyü haqqında 68/262 saylı qətnamə”nin səsvermə zamanı İrəvanın Krımın zəbtinə görə Rusiyanın qınanmasına qarşı çıxması buna parlaq sübutdur.

UNA-UNSO rəsmi saytında Azərbaycanla həmrəyliyini Ukrayna dilindən əlavə, Azərbaycan dilində də bir cümlə ilə ifadə edib.

Bundan əlavə, UNA-UNSO ərazi bütövlüyünün bərpası üçün Azərbaycana istənilən köməyi göstərməyə hazır olduöunu bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm