BDU-da yeni ixtisaslaşmalar
Bizi izləyin

Qırmızı.az

BDU-da yeni ixtisaslaşmalar

Bakı Dövlət Universitetində yeni ixtisaslaşmalar başlayır.

Universitetdən Publika.az-a verilən məlumata görə, növbəti tədris ilində də magistratura səviyyəsində İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası aşağıdakı yeni ixtisaslaşmalara qəbul üçün sifariş verilib. Bu ixtisaslaşmalar BDU-nun təşəbbüsü ilə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına daxil edilib.

İslahatlar baxımından ali təhsilin bakalavriat və xüsusilə magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlığına xüsusi diqqət verilir. Artıq bir neçə ildir ki, universitetdə Dəniz və enerji hüququ, Transmilli cinayət hüququ, Avropa hüququ, Turizmin iqtisadiyyatı, Təhsildə qiymətləndirmə və monitorinq, Bioinformatika və s. kimi yeni ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslaşmalar üzrə kadr potensialının hazırlanması məqsədi ilə əvvəlcədən bir neçə nəfər, xüsusilə perspektivli gənclər təhsil almaq və elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün Almaniya, Amerika, İspaniya, Fransa və digər inkişaf etmiş ölkələrin qabaqcıl universitetlərinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm