Minlərlə azərbaycanlı səfərbər olmaq üçün nazirliyə müraciət edib
Bizi izləyin

Qırmızı.az

Minlərlə azərbaycanlı səfərbər olmaq üçün nazirliyə müraciət edib

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm