ATU-da orduya dəstək aksiyası keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

ATU-da orduya dəstək aksiyası keçirilib - FOTO

Azərbaycan Texnologiya Universitetində (ATU) Qarabağda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərə dəstək aksiyası keçirilib. Aksiyaya universitet rəhbərliyi, professor-müəllim heyəti və yüzlərlə tələbə qatılıb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

ATU-nun rektoru professor Akif Süleymanov aksiya iştirakçıları qarşısında çıxış edərək deyib ki, aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilməsi və həmin ərazilərə yaxınlıqda yerləşən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində hərbiçilərimiz və mülki şəxslər həlak olub. Ordumuzun əks tədbirləri ilə düşmənə layiq cavab verilib və verilməkdə davam edir. Rektor bildirib ki, bu gün cəbhədə baş verənlərlə bağlı cəmiyyətimizdə böyük ruh yüksəkliyi müşahidə olunmaqdadır. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclər bu müqəddəs işə var qüvvəsi ilə dəstək olmağa, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Silahlı qüvvələrimiz tərəfindən erməni təxribatının qarşısının layiqincə alınması ordumuza, xalqımızın qələbəsinə inamı daha da artırır. Silahlı birləşmələrimizin əlverişli hərbi mövqeləri ələ keçirməsi təmas xəttində Azərbaycanın üstünlüyünü daha da artırıb. Professor Akif Süleymanov deyib ki, bu gün ATU-nun bütün kollketivi hər bir azərbaycanlı kimi yaşından asılı olmayaraq istənilən anda səfərbər olmağa, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz vətəndaşlıq borcunu yerinə yetirməyə hazırdır.

Aksiya boyunca tələbələr tez-tez "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq", "Yaşasın Azərbaycan!" şüarları səsləndiriblər.

Sonra ATU-nun rəhbərliyi və tələbələri Gəncədə şəhər miqyasında təşkil olunan orduya dəstək aksiyasına qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm