İmkansız ailələrə pulsuz çörək və məişət əşyaları - FOTO
Bizi izləyin

Qırmızı.az

İmkansız ailələrə pulsuz çörək və məişət əşyaları - FOTO

Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” şüarı ilə fəaliyyətə başlamış mağaza imkansız ailələrə hər gün pulsuz çörək paylanışına start verib.

Bu barədə Publika.az-a qəsəbə sakini Agaəli Hüseynzadə məlumat verib.

O, qeyd edib ki, hər gün 20 ailəyə pulsuz çörək paylanılır: “Xeyirxah insanlardan biri hər gün öz mağazasından bizə pulsuz çörək göndərir. Biz isə onu imkansız ailələrə paylayırıq. Çörəklə yanaşı, ehtiyacı olan ailələrə məişət əşyaları paylamağa başlamışıq. Qab-qacaqları ehtiyacı olanlara özümüz çatdırırıq. Kimin hansısa məişət əşyasına ehtiyacı yoxdursa, onu bizə təqdim edir. Bizsə istifadə edilmiş həmin əşyaları imkansız ailələrə çatdırırıq”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm