• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ekologiyanı pozduqlarına görə məhkəməlik oldular

Ekologiyanı pozduqlarına görə məhkəməlik oldular

Hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 92 akt və protokol tərtib olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Publika.az-a verilən məlumata görə, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 34 iş üzrə 35720 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 21139.81 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 153 iş üzrə 72237.37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 12, məhkəmələrə isə 2 iş göndərilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR