Ağdam və Tərtər məktəblərində dərslər tam bərpa edildi
Bizi izləyin

Qırmızı.az

Ağdam və Tərtər məktəblərində dərslər tam bərpa edildi

Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər".

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm