Sabah Bakı və Sumqayıt şagirdləri imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

Sabah Bakı və Sumqayıt şagirdləri imtahan verəcək

Aprelin 7 və 8-də Bakı və Sumqayıt şəhərlərində 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçiriləcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, 11-ci sinifdə təhsil alanlar üçün isə 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində, 18 və 19 aprel tarixlərində regionlarda monitorinq imtahanları təşkil olunacaq.

4 və 5 aprel tarixlərində Respublikanın 39 şəhər və rayonunda monitorinq imtahanı keçirib. Regionlarda keçirilmiş imtahan 7-ci sinif Ana dili fənnindən 123, riyaziyyat fənnindən 113, 8-ci sinif Ana dili fənnindən 160, riyaziyyat fənnindən isə 151 orta ümumtəhsil müəssisəsində aparılıb.

İmtahan Naxçıvan, Gəncə, Samux, Qazax, Gədəbəy, Xızı, Şamaxı, Mingəçevir, Goranboy, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Bərdə, Ağcabədi, Tərtər, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Masallı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Babək, Ordubad, Culfa, Şərur orta ümumtəhsil məktəblərinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlər üçün keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm