Avtomobillərin cərimə meydançasında saxlanma qiyməti dəyişdi
Bizi izləyin

Qırmızı.az

Avtomobillərin cərimə meydançasında saxlanma qiyməti dəyişdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiymətləri dəyişib.

ANS PRESS-in məlumatına görə, Tarif (qiymət) Şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan artıq olduqda isə 3 manat müəyyən edilib.

Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti

Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti

Tarif (qiymət) Şurasının iclasında həmçinin hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər bu gündən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm