• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Hərbi ekspertimiz qələbəyə görə ağladı: "Döyüş ruhumuz yüksəkdir" - FOTOLAR/VİDEO

Hərbi ekspertimiz qələbəyə görə ağladı: "Döyüş ruhumuz yüksəkdir" - FOTOLAR/VİDEO

"Düşmən mövqelərinin 10 kilometrlərlə dərinliyini izləyə biləcəyik"

"İşğaldan azad olunan Lələtəpə ordumuza Füzulidən Zəngilana, Cəbrayıla gedən yolu nəzarətdə saxlamağa imkan verir. Geri qaytarılan Seysulan kəndi isə erməniləri Tərtər və ona yaxın ərazilərdən uzaqlaşdırmağa şərait yaradır" - Ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Azərbaycan ordusunun uğurlarını və qələbə ilə əldə olunan yüksəkliklərin strateji əhəmiyyətini Region TV-yə təhlil edərkən belə deyib.

"Ermənilər indi vahimə içindədirlər, nə edəcəklərini bilmirlər. Lələtəpə strateji əhəmiyyətə malikdir. Talış dağındakı zirvələr isə ordumuza imkan verir ki, düşmən mövqelərinin 10 kilometrlərlə dərinliyini müşahidə edə bilsin. Döyüş ruhumuz yüksəkdir" - deyə ekspert bildirib.

Ekspert müsahibə zamanı gözyaşlarını da saxlaya bilməyib. (Region TV)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR