Bakıda şahmat festivalının açılış mərasimi keçirildi
Bizi izləyin

Qırmızı.az

Bakıda şahmat festivalının açılış mərasimi keçirildi

Bu gün Bakıda 18 nömrəli orta məktəbdə ümummilli llider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

Publika.Az xəbər verir ki, festival Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Sözügedən festivalda paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb.

5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır. Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov nazirlik tərəfindən hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlərin o cümlədən, ənənəvi olaraq məktəblilər arasında şahmat yarışının keçirildiyini deyib.

Qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir. Belə ki, ötən il uşaq-gənclər şahmat məktəbinin yetirmələri respublika yarışlarında 41, Avropa, beynəlxlaq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 brünc olmaqla, ümumilikdə 23 medal qazanıblar.

Ölkə üzrə 22 nəfər beynəlxlaq qrosmeysterdən 15-i, 14 nəfər beynəlxlaq dərəcəli idman ustasından 7-si, beynəlxlaq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaşqrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar. Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş 1 ümumtəhsil məktəbinin II siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Qeyd edək ki, hazırda 500-dən çox ümumtəhsil məktəbinin II, III və IV siniflərində şahmat fənni tədris olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm