Tələbələrinin diplom problemi ilə bağlı məsələyə aydınlıq gətirildi
Bizi izləyin

Qırmızı.az

Tələbələrinin diplom problemi ilə bağlı məsələyə aydınlıq gətirildi

Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında artıq fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin başqa özəl ali məktəblərə köçürülmüş tələbələrinin diplom problemi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazir müavini bildirib ki, həmin qərar qəbul edilərkən leqal yolla bu ali məktəbə qəbul olan tələbələr ixtisasları üzrə müvafiq ali məktəblərə köçürülüb. Minlərlə bu cür tələbə artıq həmin ali təhsil müəssisəsini bitirib və diplomunu alıb. Sənədləri şübhə doğurmayan, qanuni əsaslarla həmin ali təhsil ocağına daxil olub. Lakin indiyə kimi problemləri olan tələbələr Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm