Avropada 64 milyon insan bu xəstəlikdən əziyyət çəkir
Bizi izləyin

Qırmızı.az

Avropada 64 milyon insan bu xəstəlikdən əziyyət çəkir

Bu gün Ümumdünya Sağlamlıq Günüdür. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

Birləşmiş Millət Təşkilatının Azərbaycan nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, bu il Ümumdünya Sağlamlıq Günü şəkərli diabet xəstəliyinin qarşısının alınması və müalicəsi mövzularına həsr olunacaq.

Avropa Regionunda 64 milyon insan şəkərli diabetdən əziyyət çəkir və xəstəlik hər il minlərlə insanın ölümü ilə nəticələnir. Halbuki, hesablamalara görə, azı 20% 2-ci tip şəkərli diabet hallarının qarşısı alına bilər.

Şəkərli diabet üzrə yeni qlobal hesabat bu il Ümumdünya Sağlamlıq Gününə təsadüf edir. 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək şəkərli diabet xəstəliyi ilə mübarizə bu il Ümumdünya Sağlamlıq Gününün mövzusudur. Hesabat şəkərli diabetin iztirab və fəsadlarını izah edir və təkmilləşdirilmiş nəzarəti təmin etmək, profilaktika tədbirlərin, eləcə də xəstəliyin idarə olunmasının yaxşılaşdırılması üçün güclü səhiyyə sistemlərini təbliğ edir.

“ÜST-nın Avropa Regionu dünyada şəkərli diabetin yüksək göstəriciləri müşahidə olunmasa da, regionda bəzi ölkələrin əhalisinin 14%-ə qədər bu xəstəlikdən əziyyət çəkirlər.”- ÜST-nın Avropa üzrə Regional Ofisinin direktoru Dr. Jujanna Cakab Ümumdünya Sağlamlıq Günündə qeyd edib.

“Bu regionun ölkələri şəkərli diabet xəstəliyinin fəsadlarından əziyyət çəkirlər və onların səhiyyə sistemləri çox vaxt xəstəliyə nəzarət etmək və onun fəsadlarını idarə etməkdə çətinlik çəkirlər. Şəkərli diabet xəstəliyinin təhlükəsi bütün cəmiyyətin onu dayandırmaq üçün əsaslı birgə səyi olmayanadək davam edəcək.Şəkərli diabet üzrə risk amilləri digər qeyri-yoluxucu xəstəliklərin riskləri ilə yaxından əlaqəlidir."- Dr. Cakab əlavə edib.

Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində müxtəlif mövzular üzrə qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm