Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Qırmızı.az

Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyatın vaxtı uzadılıb.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki lisey və gimnaziyalara I sinfə şagird qəbulu üçün martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunkaşıb. Lakin valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.

Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm