Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysinin vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysinin vaxtı açıqlandı

Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaq. “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Bu barədə məlumatı görüşdə QSC-nin prezidenti Cahangir Əsgərov verib.

Görüşdə Azərbaycana ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan “1-ci dərəcə” statusunun verilməsindən sonra qarşıda duran son prosedurlar müzakirə olunub.



C.Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini yüksək qiymətləndirib.


QSC-nin prezidenti bildirib ki, Birləşmiş Ştatlara həyata keçiriləcək uçuşlar Prezident İlham Əliyev tərəfindən milli aviasiyamıza göstərilən diqqətin təsdiqidir və ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. "Hazırda qarşıda müəyyən prosedurlar var. Bu prosedurlar da yekunlaşdıqdan sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaq. Bugünkü görüş də bu məsələlərin müzakirəsi baxımından önəm daşıyır.



ABŞ diplomatı R.Morninqstar Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verən “1-ci dərəcə” statusunun əldə edilməsi münasibətilə təbriklərini çatdırıb.


Onun sözlərinə görə, bu statusun əldə edilməsi uzun prosesdir. "Biz artıq bu yolun böyük hissəsini səbir və inamla keçmişik. Ümidvaram ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək mümkün olacaq. Bundan əlavə, müasir təyyarələrə malik “AZAL”-ın xidmət səviyyəsinin də yüksək olduğunu bildirməliyəm. Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik".



Ötən ilin əvvəlində hazırlıq səviyyəsinin tələblərə tam uyğunluğuna əmin olduqdan sonra FAA-nın müfəttişləri Azərbaycana dəvət ediliblər. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsində, müfəttişlər Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqlənib. Beləliklə də, Azərbaycanın aviaşirkətləri ABŞ aeroportlarına müntəzəm hava əlaqəsi yaratmaq hüququ əldə edib. /AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm