Əfqanıstanın DİN nümayəndələri FHN-də olub
Bizi izləyin

Qırmızı.az

Əfqanıstanın DİN nümayəndələri FHN-də olub

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində 4–6 aprel 2016-cı il tarixində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, FHN Akademiyasının, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonra Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə ilə görüş keçirilib. Görüş zamanı əfqanıstanlı gənclərin FHN Akademiyasında təhsil almaları və müvafiq mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili barədə geniş müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm