• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

FHN-də "İnşaatçılar Günü" münasibəti ilə tədbir keçirilib

FHN-də "İnşaatçılar Günü" münasibəti ilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.

FHN-in işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribatın qarşısının alınması zaman torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda hərbi əməliyyatlarda şəhid olmuş qəhrəman hərbçilərimizin və dinc sakinlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirib, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasibəti ilə təbrik edib.

Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı İlham Əliyevin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. O, agentliyin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən ötən 10 il ərzində çox böyük yol keçib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti təhlükəsizliyi normalarına riayət olunması üçün qanunvericiliklə üzərinə düşən vəzifənin icrasından ötrü bütün zəruri addımları atıb. Hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov isə ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulayıb, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırıb. Təbii fəlakətlər nəticəsində ziyan çəkmiş fərdi və sosial obyektlərin tikintisi və bərpası işində FHN-in gördüyü əsaslı işləri də diqqətə çatdıran C. Alxasov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu gün üçün deyil, gələcək üçün də möhkəm özüllər qoyduğunu bildirib. C. Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, Agentliyin müəssisələrində və Əsaslı Tikinti İdarəsində çalışan yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 62 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Bundan əlavə, adıçəkilən qurumların 4 əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları ilə təltif ediliblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR