• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

Azərbaycan alimi beynəlxalq elmi simpoziumda

Azərbaycan alimi beynəlxalq elmi simpoziumda

İstanbulda Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkil etdiyi, Türkiyə, Azərbaycan, Almaniya, Hollandiya, Rumıniya, Rusiya, İspaniya, Portuqaliya və b. ölkələrdən görkəmli tarixçilərin iştirak etdiyi “Diplomatiya və xarici siyasət məsələlərinin araşdırılmasında arxivlərin rolu” adlı beynəlxalq elmi simpozium keçirilib.

Publika.az xəbər verir ki, simpoziumda ölkəmizdən professor, millət vəkili Musa Qasımlı “SSRİ-nin Ankaradakı səfiri Suritsin 1923-cü ildə Mərkəzə göndərdiyi məktublarında Türkiyənin xarici siyasət məsələləri” mövzusunda məruzə edib. İlk mənbələr əsasında hazırlanmış və böyük maraq doğuran məruzədə 1923-cü il Lozan konfransında SSRİ və Türkiyə arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra sovet hökumətini narahat edən - Türkiyənin xarici siyasətinin necə olacağı, Antanta ölkələri ilə yaxınlaşaraq Azərbaycan nefti üçün təhlükə yaradıb-yaratmayacağı, azərbaycanlı antisovet qüvvələrə yardım edib-etmədiyi, Ankaranın bu ölkələrlə yaxınlaşmasının qarşısını almaq üçün sovet dövlətinin iqtisadi, siyasi və diplomatik sahələrdə hansı tədbirlər ala bilməsinin mümkünlüyü, Suritsin Türkiyə Böyük Millət Məclisinin İnformasiya idarəsinin rəisi Əhməd bəy Ağayev ilə keçirdiyi görüşlərinə dair məlumatlar və b. məsələlər təhlil edilib: “Sovet səfiri yazırdı ki, SSRİ-yə güclü Türkiyə lazımdır, Türkiyənin zəifləməsi Antanta ölkələrini Bakı neftinə yaxınlaşdıra və Moskva üçün təhlükə yarada bilər. Eyni zamanda səfir qeyd edirdi ki, Türkiyə sovetlərə qarşı heç bir düşmənçilik siyasəti yürütmür, mürəkkəb beynəlxalq şəraitdə çevik siyasət aparır”.

Məruzədə İrəvandakı Türkiyə səfirliyinə Ermənistan təhlükəsilzik əməkdaşlarının hücumunun sovet-türk münasibətlərini pozmağa yönəldiyinə və bu hadisənin türk ictimai rəyinə necə təsir etməsinə dair sovet səfirinin fikiləri də analiz edilib.

M.Qasımlı deyib ki, yaranmış soyuqluğa baxmayaraq, hər iki ölkə qarşılıqlı maraqları əsas götürüblər, nəticədə, 1925-ci il 17 dekabr tarixində Parisdə hücum etməmək və birətəflik haqqında pakt imzalayıblar.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>