TQDK növbəti sınaq imtahanı keçirib
Bizi izləyin

Qırmızı.az

TQDK növbəti sınaq imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da növbəti sınaq imtahanı keçirib.

Komissiyadan Publika.az-a verilən məlumatda bildirilir ki, TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 10-da Respublikanın 33 şəhər və rayonunda sınaq imtahanları keçirib.

İmtahanda iştirak etmək üçün internet vasitəsilə 49224 abituriyent qeydiyyatdan keçib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Abşeron, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Masallı, Qusar, Xaçmaz, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 64 binada təşkil olunub.

Qeyd edək ki, aprelin 11-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının email aparılır və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm