Qırmızı.az
Azərbaycan Ordusunun şəhid pilotları dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.
Publika.az xəbər verir ki, şəhidlər II Fəxri Xiyabanında torpağa tapşırılıblar.
***
Mərasimin rəsmi hissəsinin bitməsindən ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.
Cənazələr dəfn olunmaq üçün II Fəxri Xiyabanına aparılır.
***
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
APA-nın məlumatına görə, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxışında cəbhədə baş verən son hadisələrə toxunaraq bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatınım qarşısını alıb, düşmənə xeyli itki verib: "Qələbə qurbansız olmaz. Biz bu yolda şəhidlər də verdik. Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edildi və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də "Vətən sağ olsun!" deyirlər".
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidlərin həyatı və xidmətləri haqqında məlumat verilib.
***
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla vida mərasimi başlayıb.
APA-nın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar. Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq
Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar. Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər