• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycanın magistral yollarında ciddi TƏHLÜKƏ - FOTOLAR

Azərbaycanın magistral yollarında ciddi TƏHLÜKƏ - FOTOLAR

Bir müddət bundan əvvəl yağmış intensiv yağışlar respublikada mövcud olan bütün sürüşmə zonalarında aktivliyə səbəb olub, ölkə üçün çox əhəmiyyətli olan bəzi magistral yollarda isə ciddi təhlükəli vəziyyət yaranıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda ən təhlükəli vəziyyət Bakı-Şamaxı yolunun 102-103-cü km-liyindən 116-117-ci km-ə qədər olan məsafədə, Şamaxının Muğanlı kəndindən (Bakı-Şamaxı yolunun 130-cu km-dən) başlayaraq, Ağsu aşırımının başlanğıcına qədər olan ərazidə və tam olaraq, Ağsu aşırımındadır.

Bu ərazilərdə yeni sürüşmə sahələrinin də yarandığını deyən E.Əlizadə qeyd edib ki, son dövrlərdə Bakı-Şamaxı, Bakı-Qobustan, Şamaxı-Ağsu magitral yollarında xüsusilə fəallıq müşahidə edilir: "Qobustanla Şamaxı arasındakı yolda əvvəllər də çoxlu sürüşmə zonaları var idi. İndi isə yola birbaşa təhlükə yaradan sahə yolun daha çox 106-107 km-liyindəki çox geniş bir ərazidir. Bakıya gedəndə yolun bu hissəsinin həm sol, həm də sağ tərəfində sürüşmə və sürüşmə-uçqunlar baş verib. Ağsu aşırımlarının başlanğıcında da - "Şərədil" İstirahət Mərkəzindən Ağsuya tərəf olan yolun sol tərəfində sürüşmə zonası inkişaf etməkdədir. Bu zonaların hər birində sürüşmələrin inkişafı hazırda da davam edir".

E.Əlizadə qeyd edib ki, Bakı-Şamaxı yolunun 107-ci km-liyində çox aktiv olan sürüşmə sahəsinin uzunluğu təqribən 200 metrə, eni 50-60 metrə, sınma divarlarının uzunluğu 60 sm-dən 1,5 metrə, ərazidə sürüşən kütlənin həcmi 600 kub metrədək çatıb.

E.Əlizadənin sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-107-ci km-liyində aparılan tədbirlər yetərli deyil: "Bu ərazidəki istinad divarı sürüşmə kütləsini tam olaraq əhatə etmir. Digər tərəfdən, istinad divarı mühəndis qurğusu kimi düzgün tikilməyib. Laylarda yığılan artıq suları arxa ötürməkdən ötrü divarda yer, yəni dunkerlər qoyulmayıb. Ona görə də sular süxurlarda yığılır, nəticədə onlar maye palçıq halına düşərək divarın üstündən aşır".

İnstitutun direktor müavini qeyd edib ki, Ağsu aşırımının başlanğıcında yerləşən "Şərədil" İstirahət Mərkəzindən təxminən 100 metr aralıda yerləşən yolda uzunluğu 92 metrə, dərinliyi 1 metr 60 sm-ə çatan sürüşmə-çökmə ərazisi qeydə alınıb: "Bu sürüşmə sahəsi mərkəzə doğru inkişaf edir".

Sürüşmə sahələrinin getdikcə böyüyəcəyini deyən E.Əlizadənin sözlərinə görə, magistral yollardakı sürüşmənin qarşısını almaq üçün drenaj sistemi yaradılmalı, yolun kənarlarında bitki örtüyü salınmalıdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR