• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycan və Türkiyəni müdafiə edən jurnalistdən üsyan: "Susun!"

Azərbaycan və Türkiyəni müdafiə edən jurnalistdən üsyan: "Susun!"

Son hərbi eskalasiya ilə əlaqədar Rusiya telekanallarında (əsasən ORT) Azərbaycanın və qardaş Türkiyənin haqlı mövqeyini təkbaşına, həm də mətanətlə müdafiə edən azərbaycanlı jurnalist Fuad Abbasov həmvətənləri tərəfində məruz qaldığı tənqidlərə sərt cavab verib.

Musavat.com Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində yazdığı qeydləri təqdim edir:

“Əziz həmvətənlərim Elnur Elnurov, Anar Osmanov, Namaz Əliyev və başqaları.

Mənim haqqımda, “Kremlin adamıdır”, “satılmış jurnalistdir”, “telekanallardan böyük pullar alır”, “telekanallara böyük pullar verir”, “türk agentidir”, “rus agentidir”, “rus televizyalarının işçisidir” və sairə yazılı şəxsi mesajlar göndərməyə son verin.

Bəlkə də mənim çıxışlarımdan sonra kiminsə planları pozulub, amma həm sizin, həm də bunu oxuyan hər kəsin diqqətinə çatdırıram ki, Abbasov Fuad heç bir kəşfiyyata işləmir, çıxışları üçün heç kimdən bir qəpik pul almayıb, həm də heç kimə çıxış eləmək üçün pul verməyib və rus televiziyasının işçisi deyil.

Mənim iş yerim Moskvanın ofislərinin birində kitab rəfinin arxasında yerləşən 2x1 metr ölçüsündə bir “otaqdir”. Əgər kimsə görmək istəyirsə, lütfən buyurun qonaq gəlin. Əgər mənə yazdığınız səfehliyin bir sübutu varsa, onu hər kəs üçün yayımlayın. Hər şeyi açıq səhifəyə yazın, hər kəslə paylaşın. Mən nə sizdən, nə də öz dostlarımdan heç nə gizlətmirəm.

Ya da sadəcə SUSUN!!!”

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR