Rayonlarda yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Rayonlarda yağış yağacaq

Aprelin 12-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 14-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm