Qırmızı.az
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 21 il ötür
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ildönümüdür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən
işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr,
əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda
Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin
düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində
ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan
genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən
böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd,
həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu"
sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən
xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində
Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa
çatdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik
Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı
qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək
həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad
edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı
874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884
saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası
olaraq qalır.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO