Elnur Məcidli axtarışa verildi
Bizi izləyin

Qırmızı.az

Elnur Məcidli axtarışa verildi

Elnur Məcidli axtarışa verildi

Parisdə yaşayan Elnur Məcidli axtarışa verilib.

Publika.Az Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə məlumat saytda yerləşdirilib. Məlumatda deyilir ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.

Qeyd edək ki, bu maddə ilə təqsirli bilinən şəxsi 5 ilədək azadlıqdan mərhum etmə cəzası gözləyir.
Xatırladaq ki, Elnur Məcidli ilə bağlı2012-ci ildə sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı olduğuna görə cinayət işi açılmışdı.
Təqsirləndirilən şəxs hazırda ölkədə olmadığı üçün onun haqqında beynəlxalq axtarış verilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm