Azərbaycanla Qazaxıstan arasında Nəqliyyat Konsersumu yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla Qazaxıstan arasında Nəqliyyat Konsersumu yaradılacaq

Qazaxıstandan Azərbaycana yoldəyişdirici qurğular, teplovoz, relslər gətiriləcək.

Publika.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüşdə fikirlər səsləndirilib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, “ADY ekspess” MMC-nin , «KTZ Express» SC, "Trans Kavkasus Terminals" MMC və "ACSC Logistics" MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığln gələcək perspektikləri haqqında danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm