Muğanlı-İsmayıllı yolu təmir olunur
Bizi izləyin

Qırmızı.az

Muğanlı-İsmayıllı yolu təmir olunur

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda təmir işləri aparır.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm