6 yaşı olmayan 611 nəfər I sinfə getmək istəyir
Bizi izləyin

Qırmızı.az

6 yaşı olmayan 611 nəfər I sinfə getmək istəyir

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara 3688 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 611 nəfəri 6 yaşı tamam olmayanlardır.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 10-dək aparılan elektron qeydiyyat yekunlaşıb. Valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bir neçə gün artırılıb.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm