• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Şəhid məzunu olduğu Azərbaycan Texnologiya Universitetində anılıb

Şəhid məzunu olduğu Azərbaycan Texnologiya Universitetində anılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) bu ali təhsil ocağının məzunu, bir neçə gün əvvəl cəbhə xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Rəşad Niftalılı yad edilib. ATU-nu 2015-ci ildə bitirən şəhidin təshil aldığı İqtisadiyyat və idarəetmə fakültəsində təşkil olunan anım tədbirində universitet rəhbərliyi, şəhidə dərs deyən müəllimlər və tələbələr iştirak edib.

ATU-nun rektoru professor Akif Süleymanov deyib ki, son günlərdə cəbhədə baş verənlər bütün ölkə əhalisinin bir yumruq kimi birləşməsinə imkan verdi. Ermənilərin təmas xəttində yenidən dinc sakinlərimizi atəşə tutmasına cavab verilərkən bir neçə hərbi qulluqçu qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Onlardan biri də ATU-nun məzunu, ali təhsilini başa vurduqdan sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanan və son döyüşlərdə şəhid olan Rəşad Niftalılıdır. Rektor bildirib ki, Rəşad kimi oğullar yaşından, hərbi rütbəsi və vəzifəsindən asılı olmayaraq rəşadətlə düşmənin üzərinə atılmaqla onlara necə qəhrəman bir xalqla üz-üzə olduqlarını bir daha xatırlatdılar. Vətən uğrunda gözünü qırpmadan canını fəda edənlər həm də erməni daşnaklarının Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyalarını birdəfəlik məhv etdi. Professor Akif Süleymanov deyib ki, Rəşad Niftalılının xatirəsi 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan 6 şəhid məzunla birlikdə universitetdə əbədiləşdiriləcək. Onların qəhrəmanlıqları həmişə yetişməkdə olan gənc nəslin yoluna işıq salacaq, onların vətənpərpərlik ruhunda tərbiyyəsinə xidmət edəcək.

Sonra Rəşad Niftalılıya dərs deyən müəllimlər də çıxış edərək onun tələbəlik illərində yüksək əxlaqı, nümunəvi davranışı ilə fərqləndiyini deyiblər. Bildirilib ki, əslən Zəngilan rayonundan olan şəhid məzun həmişə doğma toprpaqlarımızın düşmən tapdağında olmasının xiffətini çəkib. Məhz bu amil onu ilk fürsətdə Vətənin azadlığı üçün düşmənin üzərinə atılmağa sövq edib.

Digər çıxış edənlər də vurğulayıb ki, artıq Azərbaycan Ordusunun mənfur düşmənə tutarlı cavab verməsinin vaxtı çatıb. Şübhə yoxdur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti və bütün soydaşlarımızın həmrəyliyi düşməni layiq olduğu yerdə oturdacaq, şəhidlərmizin qanı yerdə qalmayacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>