Döyüş meydanında daha bir erməninin meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Döyüş meydanında daha bir erməninin meyiti tapıldı

Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı hər iki tərəfə aid itkin düşmüş hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm